Naxçıvanlı idmançı ölkə kubokunun mükafatçısı olub

Naxçıvanlı idmançı ölkə kubokunun mükafatçısı olub

15 Sentyabr 2026

12-13 sentyabr tarixlərində Şüvəlan Ağırlıqqaldırma Mərkəzində pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib. Yarışda ölkənin müxtəlif şəhər və rayonlarından 75-dən çox idmançı qüvvəsini sınayıb. Yarışı gənclər və idman naziri Fərid Qayıbov və digər fəxri qonaqlar izləyiblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yarışa Naxçıvan Muxtar Respublikasından qatılan idmançı Əli Əsgərov uğurlu nəticəyə nail olub. Təmsilçimiz benç-press yarışında 93 kq çəki dərəcəsində çıxış edib və 190 kq nəticə ilə gümüş medala sahib çıxıb.

Məlumat üçün bildirək ki, Əli Əsgərov güc idman növləri üzrə (benç press) dünya, Avropa, Avrasiya, Azərbaycan çempionluğu və bir çox ölkə və dünya səviyyəli yarışların qalib və mükafatçısıdır.