"BakuBus"un Naxçıvan şəhərində yeni marşrut xəttləri
BakuBus Naxçıvan şəhərində sərnişindaşıma xidmətinə başlayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müasir, təhlükəsiz və ekoloji cəhətdən təmiz avtobuslar şəhərin müxtəlif istiqamətlərini əhatə edən yeni marşrut xətləri üzrə sərnişinlərin xidmətindədir.
Yeni marşrut xətləri aşağıdakılardır:
1 nömrəli marşrut: Əliabad qəsəbəsi - Yeni Naxçıvan yaşayış massivi
2 nömrəli marşrut: Tumbul kəndi - Əyləncə adası
3 nömrəli marşrut: Olimpiya İdman Kompleksi – dairəvi xətt
4 nömrəli marşrut: “Araz” İstehsalat Birliyi - Əliabad qəsəbəsi
5 nömrəli marşrut: Elektrik yarımstansiyası - Xalçaçılıq fabriki
6 nömrəli marşrut: Babək şəhəri - Zəfər parkı
7 nömrəli marşrut: Qaraçuq kəndi - “Cahan” ticarət mərkəzi
8 nömrəli marşrut: Xəlilli kəndi - “Cahan” ticarət mərkəzi
9 nömrəli marşrut: Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidməti - Dövlət Yanğından Mühafizə İdarəsi
Yeni marşrutların fəaliyyətə başlaması Naxçıvan şəhərində ictimai nəqliyyat xidmətlərinin daha müasir və rahat şəkildə təşkilinə, sərnişinlərin mənzilbaşına daha rahat və vaxtında çatdırılmasına imkan verəcək.








