Atletimiz ölkə rekordunu yeniləyib

Atletimiz ölkə rekordunu yeniləyib

11 Avqust 2026

Azərbaycan idmançısı Yekaterina Sariyeva İngiltərənin Birmingem şəhərində keçirilən atletika üzrə Avropa çempionatında üçtəkanla tullanma növündə ölkə rekordunu yeniləyib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Azərbaycan Atletika Federasiyasına istinadən xəbər verir ki, o, 13,91 metr nəticə göstərib.

Bu nəticə Y.Sariyevaya qitə birinciliyinin final mərhələsinə yüksəlməyə imkan verməyib.

Qeyd edək ki, əvvəlki Azərbaycan rekordu (13,89 metr) da Y.Sariyevaya məxsus idi.