Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçənlərin sayı açıqlanıb

Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçənlərin sayı açıqlanıb

11 Avqust 2026

Avqustun 11-i saat 10:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 min 743 uşaq elektron qeydiyyatdan keçib.

Təhsil idarəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, elektron qeydiyyatdan keçən uşaqlardan 13 min 789 nəfəri üçün aktiv sorğu yerləşdirilib.

Məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi “www.mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə aparılır. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 21-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə iyulun 22-dən aktiv edilib. Məktəbəhazırlıq qruplarına qəbul sentyabrın 14-dək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə sentyabrın 1-dən 30-dək həyata keçiriləcək.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2021-ci il təvəllüdlü) qəbul edilirlər.

Məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək və onları təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir.