Azərbaycanda ƏDV üzrə əməletmə boşluğu azalıb
2025-ci ildə Azərbaycanda "ƏDV üzrə əməletmə boşluğu" 7,92 % təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2025-ci il üzrə fəaliyyətinə dair illik hesabatında bildirilib.
Sənədə əsasən, bu göstərici 2024-cü illə müqayisədə 0,22 faiz bəndi az, 2019-cu illə müqayisədə isə 12,8 faiz bəndi azdır.
"ƏDV üzrə əməletmə boşluğu" hesablanmalı potensial ƏDV ilə faktiki yığılan ƏDV daxilolmaları arasındakı fərqdir. Başqa sözlə desək, ƏDV boşluğunun azaldılması "kölgə iqtisadiyyatı"na qarşı mübarizənin və şəffaf vergi inzibatçılığının gücləndirilməsi nəticəsində yaranan haqlı rəqabət mühitinin təşviqi üzrə mühüm göstəricilərdən biridir.








