Azərbaycanın 7 aylıq büdcə göstəriciləri açıqlanıb

Azərbaycanın 7 aylıq büdcə göstəriciləri açıqlanıb

10 Avqust 2026

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xəzinədarlıq orqanları 748 mindən çox ödəniş tapşırığı icra edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % azdır.

Məlumata görə, 7 ayda icmal büdcənin gəlirləri 28 milyard 841,8 milyon manat, xərcləri 23 milyard 742,4 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat (0,5 % çox), xərcləri 20 milyard 174,4 milyon manat (1,2 % çox) təşkil edib.

Son nəticədə icmal büdcədə 5 milyard 99,4 milyon manat, dövlət büdcəsində isə 3 milyard 420,3 milyon manat (3,3 % az) profisit olub.

Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 11 milyard 474,1 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 milyard 751,8 milyon manat, İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 32,9 milyon manat, sair daxilolmalar 427,8 milyon manat, Dövlət Neft Fondundan transfert 7 milyard 490 milyon manat, büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 418,1 milyon manat təşkil edib.