Azərbaycan əhalisinin gəlirləri 10 %-ə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 55 milyard 631,8 milyon manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 % çoxdur.








