Naxçıvanda “Təlimçilər üçün Təlim” proqramı keçiriləcək
Naxçıvan Muxtar Respublikasında “Təlimçilər üçün Təlim (ToT)” proqramının təşkili planlaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən xidmətlərin satın alınması üzrə müsabiqə elan edilib.
Müsabiqə üzrə ehtimal olunan qiymət 145 201,36 manatdır.
Təkliflərin təqdim olunması və zərflərin açılışı 24 avqust 2026-cı il saat 18:00-da həyata keçiriləcək.








