Naxçıvanda əhalisi 80 mindən çox olan məntəqələrdə subartezian quyuları tikiləcək

Naxçıvanda əhalisi 80 mindən çox olan məntəqələrdə subartezian quyuları tikiləcək

10 Avqust 2026

Naxçıvan Muxtar Respublikasında əhalinin içməli və məişət su təminatının yaxşılaşdırılması istiqamətində yeni layihənin icrasına başlanılır.

“NAXÇIVANXƏBƏRLƏRİ” "İqtisadiyyat.az" portalına istinadla məlumat verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumata görə, Agentliyin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən əhalisi 80 min nəfərdən çox olan yaşayış məntəqələrində subartezian quyularının tikintisi ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Məlumata əsasən, layihə çərçivəsində ümumilikdə 38 yaşayış məntəqəsində 40 subartezian quyusunun inşa edilməsi nəzərdə tutulur.

Sözügedən işlərin həyata keçirilməsi üçün 5,8 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılır.

Yeni subartezian quyularının tikintisinin Naxçıvanda su təminatının yaxşılaşdırılmasına və əhalinin suya çıxış imkanlarının artırılmasına töhfə verməsi gözlənilir.