Azərbaycanda aqrar sektor böyüyüb

Azərbaycanda aqrar sektor böyüyüb

10 Avqust 2026

Azərbaycanın aqrar sektorunda yanvar-iyul aylarında artım qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, cari ilin yanvar-iyul aylarında Azərbaycanda 8 milyard 797,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8% artıb.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 76,818 milyard manatlıq ÜDM istehsal olunub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,4% artıb.

Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6% azalaraq 22,917 milyard manat, qeyri-neft-qaz sektorunda isə 2,2% artaraq 53,901 milyard manat təşkil edib.