Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar

Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar

10 Avqust 2026

Azərbaycan güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Yon Kornianu & Ladislav Simon" turnirində 5 medal qazanıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Memorialda ölkəni yunan-Roma güləşi üzrə millinin üzvləri təmsil ediblər.

Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında ənənəvi yarışda mübarizə aparan güləşçilərdən Fərid Sadıxlı (55 kq), Fərid Xəlilov (67 kq), Qurban Qurbanov (87 kq) və Məzaim Mərdanov (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İlkin Qurbanov (63 kq) isə bürünc medal qazanıb.

Milli yarışda komanda hesabında 2-ci yeri tutub.