Cüdoçu Ləman Bağırova reytinq cədvəlində yerini qoruyub - FOTO
İyulun 29-da cüdo üzrə U-17 yeniyetmələr arasında ölkə üzrə Liqa yarışının III turu start götürüb. Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ilk günündə 6 çəki dərəcəsində 204 cüdoçu mübarizəyə qoşulub. Qızlar -40 kq, -52 kq, -70 kq; oğlanlar isə -50 kq, -66 kq, -90 kq çəki dərəcələrində qalib və mükafatçıları müəyyənləşdirib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, yarışda Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbindən məşqçi- müəllim Orxan Quliyevin rəhbərliyi ilə 4 idmançı iştirak edib. Onların arasında Ləman Bağırova fərqlənib. Qızlar arasında -40 kq çəki dərəcəsində çıxış edən L.Bağırova üçüncü yerin sahibi kimi bürünc medal qazanıb.
Qeyd edək ki, bu mübarizə cari ildə U-17 Liqa yarışının son turudur və idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayır. Hazırki vəziyyətdə L.Bağırova müvafiq reytinq cədvəlində üçüncü yerdədir.









