Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

30 İyul 2026

Kosmonavtikanın inkişaf etdirilməsində xüsusi xidmətlər göstərmiş alim və hərbi xadim, general-leytenant Kərim Abbasəli oğlu Kərimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadığı binaya xatirə lövhəsi vurulacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

İşin icrası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.