Miqrasiya sahəsində 27 xidmət elektronlaşdırılıb
Azərbaycanda miqrasiya sahəsində göstərilən xidmətlərdən 27-si artıq elektronlaşdırılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı Aygül Abbaszadə "Azərbaycanda miqrasiya idarəçiliyi, xidmətləri və miqrasiya tendensiyaları" mövzusunda təqdimatda deyib.
Onun sözlərinə görə, qaçqınlarla bağlı prosedurlar isə elektronlaşdırılmıyıb:
"Çünki bəzi qaçqınların, ümumiyyətlə, sənədi olmur, yaxud ölkəni qanunsuz tərk edir. Hətta oxumağı və yazmağı bilməyən qaçqınlar da var. Bu səbəbdən, dünya təcrübəsində də miqrasiya sahəsində qaçqınlarla bağlı prosedurların elektronlaşdırılması özünü tam doğrultmur".
A.Abbaszadə əlavə edib ki, ASAN xidmət mərkəzlərində miqrasiya məsələləri ilə bağlı göstərilən 22 xidmətdən 16-sı ödənişsizdir.








