Naxçıvanda ixtisas qrupları üzrə ən yüksək bal toplayan məzunlar açıqlanıb

Naxçıvanda ixtisas qrupları üzrə ən yüksək bal toplayan məzunlar açıqlanıb

30 İyul 2026

Ali təhsil müəssisələrinə qəbul üzrə keçirilən blok imtahanlarının nəticələrinə əsasən, Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrinin məzunları yüksək göstəricilərlə fərqləniblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, I ixtisas qrupu üzrə 686,8 bal toplayan Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin məzunu Gülay Novruzov, II ixtisas qrupu üzrə 678,6 bal toplayan Culfa şəhər 3 nömrəli tam orta məktəbin məzunu İnci Zamanlı, III ixtisas qrupu üzrə 680 bal toplayan Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbinin məzunu Ayxan Babazadə, IV ixtisas qrupu üzrə isə 690,6 bal toplayan Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin məzunu Elsun Əliyev öz ixtisas qruplarında ən yüksək nəticəni əldə ediblər.

Qeyd edək ki, yüksək nəticə göstərən məzunlar Naxçıvan təhsilinin uğurlarına daha bir töhfə verərək qəbul imtahanlarında fərqləniblər. Məzunlara gələcək təhsil həyatlarında yeni nailiyyətlər arzulayırıq.