Stolüstü tennisçilərimiz Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar

Stolüstü tennisçilərimiz Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar

07 Avqust 2026

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

Türkiyənin Yalova şəhərində təşkil olunacaq hazırlıq prosesində Sofiya Trofimenko, Banu İmanverdizadə, Şakir Qədirov və Vaqif Babayev iştirak edəcəklər. Məşqçilər Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə qardaş ölkəyə yollanan idmançılar avqustun 16-dək təcrübələrini artırmağa çalışacaqlar.

Stolüstü tennisçilər təlim-məşq toplanışı çərçivəsində Türkiyə, Bolqarıstan, Rumıniya, Kosova və Estoniya komandalarının istirakı ilə keçiriləcək turnirdə də bacarıqlarını göstərəcəklər.