Azərbaycanda dövlət büdcəsinə ödəmələr 3 milyard manata yaxınlaşıb
Bu ilin iyulun 1-nə Azərbaycanda dövlət büdcəsinə artıq ödəmələr 2 milyard 861,1 milyon manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir.
Sənədə əsasən, bu ilin əvvəli ilə müqayisədə 19,2 % çoxdur.
Son 1 ildə isə büdcəyə artıq ödəmələr 5,2 % artıb.








