Naxçıvan bitki yağı istehlakında Azərbaycanda birinci oldu

Naxçıvan bitki yağı istehlakında Azərbaycanda birinci oldu

07 Avqust 2026

Naxçıvan Muxtar Respublikası adambaşına düşən bitki yağı və marqarin istehlakına görə ölkə üzrə ilk sırada qərarlaşıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı iqtisadi rayonlar üzrə qida məhsullarının istehlak göstəricilərinə əsasən, Naxçıvanda hər nəfərə düşən illik bitki yağı və marqarin istehlakı 13 kiloqram təşkil edib. Bu göstərici ölkənin bütün iqtisadi rayonları arasında ən yüksək nəticədir.

Məlumatda qeyd olunur ki, digər ərzaq məhsulları üzrə liderlik müxtəlif iqtisadi rayonlar arasında bölüşdürülsə də, bitki yağı və marqarin istehlakında Naxçıvan zirvədə qərarlaşıb.

Mütəxəssislərin fikrincə, bu göstəriciyə bölgənin qidalanma ənənələri, ev təsərrüfatlarında yeməklərin hazırlanma xüsusiyyətləri və bitki yağından geniş istifadə təsir göstərən əsas amillərdən biridir.