Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb - FOTO
Culfa rayonunda yerləşən “Xoşgəri I” qum-çınqıl yatağının istifadəyə verilməsi ilə bağlı hərrac keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən hərrac “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında baş tutub.
Hərraca çıxarılan “Xoşgəri I” yatağının başlanğıc qiyməti 13 850 manat müəyyən edilib. Rəqabətli hərrac nəticəsində yekun qiymət 17 800 manata yüksəlib. Beləliklə, yatağın satış qiyməti ilkin məbləğdən 3 950 manat və ya təxminən 28,5 faiz çox olub.
Hərrac Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun keçirilib.









