Naxçıvanda mərkəzləşdirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən uşaq, musiqi və incəsənət məktəblərinin məzunları üçün keçirilmiş mərkəzləşdirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, muxtar respublika üzrə imtahana 623 şagird cəlb olunub.
Bu il buraxılış tələblərini yerinə yetirə bilməyən şagirdlərin təhsillərini uğurla tamamlamaq imkanı saxlanılıb. Onlar növbəti 5 il ərzində keçiriləcək buraxılış imtahanlarında yenidən iştirak edə bilərlər.
İmtahan nəticəsi ilə razı olmayan şagirdlərin valideynləri nəticələrin elan olunduğu tarixdən etibarən 3 iş günü ərzində “MyCulture” vahid şəxsi kabinetinin “e-Müraciətlər” bölməsində “Mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələrindən apellyasiya müraciəti” xidmətinə keçid etməklə apellyasiya müraciəti edə bilərlər.
Üzrlü səbəbdən buraxılış imtahanında iştirak etməyən şagirdlər üçün isə sentyabr ayı ərzində əlavə imtahan təşkil olunacaq.
Şagirdlər nəticələri ilə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.








