Naxçıvan–Sədərək magistral yolunun bir hissəsi işıqlandırılacaq

Naxçıvan–Sədərək magistral yolunun bir hissəsi işıqlandırılacaq

07 Avqust 2026

Naxçıvan–Sədərək magistral avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən Böyükdüz və Xok kəndləri hissəsində işıqlandırma sistemi qurulacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadla xəbər verir ki, Kəngərli Rayon İcra Hakimiyyəti bununla bağlı hazırlıq işlərinə başlayıb.

Layihə çərçivəsində ümumilikdə 5,36 kilometr uzunluğunda yolboyu işıqlandırma dirəklərinin quraşdırılması nəzərdə tutulur.

İlkin hesablamalara əsasən, işlərin həyata keçirilməsi üçün 510 min 641 manat vəsaitin sərf olunacağı proqnozlaşdırılır.

Layihənin həyata keçirilməsi sözügedən magistral yolun gecə saatlarında daha təhlükəsiz istifadəsinə, hərəkət iştirakçılarının rahatlığının artırılmasına və yol infrastrukturunun müasirləşdirilməsinə xidmət edəcək.