NDU-da xarici dil müəllimliyi üzrə plan yerləri azaldılıb

NDU-da xarici dil müəllimliyi üzrə plan yerləri azaldılıb

11 Avqust 2026

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin “Xarici dil müəllimliyi” ixtisasına qəbul planında ötən illə müqayisədə bir sıra dəyişikliklər edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalında dərc olunan 2025 və 2026-cı illər üzrə qəbul planlarını müqayisə edib.

Müqayisəyə əsasən, Azərbaycan Dillər Universitetində xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasına 2025-ci ildə 500 plan yeri ayrıldığı halda, 2026-cı ildə bu rəqəm 475-ə endirilib. Beləliklə, qəbul planında 25 yer azalıb.

Universitetdə alman dili üzrə xarici dil müəllimliyində də azalma var. 2025-ci ildə 40 olan plan yeri 2026-cı ildə 30-a, fransız dili üzrə isə 40-dan 30-a endirilib. Beləliklə, Azərbaycan Dillər Universitetində bu üç istiqamət üzrə plan yerlərinin ümumi sayı 580-dən 535-ə düşüb.

Naxçıvan Dövlət Universitetində ingilis dili üzrə plan yerlərinin sayı 25-dən 20-yə endirilib. Fransız, alman və rus dilləri üzrə isə hər birində 10 plan yeri saxlanılıb. Nəticədə universitet üzrə ümumi göstərici 55-dən 50-yə düşüb.