Qızıl və gümüş qiymətləri bahalaşıb

Qızıl və gümüş qiymətləri bahalaşıb

11 Avqust 2026

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 1,06% artaraq 4 466,5 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 0,69% artaraq 65,73 dollar təşkil edib.