Batabatda təmizlik aksiyası keçirilib -

Batabatda təmizlik aksiyası keçirilib - FOTO

11 Avqust 2026

12 avqust-“Beynəlxalq Gənclər Günü” ilə əlaqədar Şahbuz rayonunun Batabat ərazisində təmizlik aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada hər iki nazirliyin əməkdaşları, eyni zamanda qurumların könüllüləri iştirak ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiya zamanı vətəndaşların istirahət üçün üz tutduqları Batabat ərazisi ümumilikdə 140 kiloqramdan artıq tullantılardan təmizlənib.

Aksiyanın keçirilməsində əsas məqsəd gənclərin və ictimaiyyətin ətraf mühitin mühafizəsinə diqqətinin artırılmasıdır.

Vətəndaşları istirahət etdikləri əraziləri təmiz saxlamağa, məişət tullantılarını yol kənarlarına, meşə və yaşıllıq sahələrinə atmamağa, tullantıları yalnız təyinatı üzrə ayrılmış yerlərə atmağa çağırırıq.