Naxçıvanda peşə təhsili müəssisələrinə işə qəbul üzrə test imtahanı keçirilib -

Naxçıvanda peşə təhsili müəssisələrinə işə qəbul üzrə test imtahanı keçirilib - FOTO

11 Avqust 2026

Avqustun 11-də Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, test imtahanı Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yaradılan İmtahan Mərkəzində təşkil olunub.

 Test imtahanında ixtisas fənn müəllimi  üzrə iştirak edən namizədlərə təhsil proqramlarına aid 40, tədris metodikası və təlim strategiyaları üzrə  20, istehsalat təlim ustaları üzrə namizədlərə isə  tədris metodikası və təlim strategiyaları üzrə 15, əməyin mühafizəsi üzrə 5, təlim metodları üzrə 40 sual təqdim olunub.Sualların cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılıb.

Qeyd edək ki, test imtahanında müvafiq keçid balını toplayan namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.

Məlumat üçün bildirək ki, müsabiqəyə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsil müəsssisələri üzrə 18 ixtisas fənn müəllimi, 43 istehsalat təlim ustası olmaqla,  ümumilikdə 61 vakant vəzifə çıxarılıb.