Naxçıvan Dövlət Universiteti: dövlətin davamlı diqqətindən güc alan ali məktəb

Naxçıvan Dövlət Universiteti: dövlətin davamlı diqqətindən güc alan ali məktəb

12 Avqust 2026

Dövlət başçımız, müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyevanın 11 avqust 2026-cı il tarixində ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasına növbəti tarixi səfərləri çərçivəsində olduqca mühüm strateji əhəmiyyətli tədbirlərin altına imza atıldı. Bunlar, daha çox Naxçıvan Muxtar Respublikasının:

- iqtisadi inkişafın və bu sahədəki reuslardan daha məqsədyönlü istifadənin əhəmiyyətinə;

- sosial siyasətin və bu sahədəki məmnunluq göstəricilərinin mahiyyətinə;

- uzunmüddətli iqtisadi prioritetlərin əlçatanlığına və daha dinamik iqtisadi artım göstəricilərinin təşəkkülünə;

- davam edən islahatların səmərəliliyinə və yeni innovativ iqtisadi məhsuldarlığın yaradılmasına;

- mövcud sosial-iqtisadi inkişaf potensialın mühüm baza olaraq qorunmasına, onun əsasında daha effektiv layihələrin icra olunmasına;

- makroiqtisadi inkişafın sistemliliyinə, əlaqəliliyinə və texnoloji təminatın yaradılmasına;

- aqrar bölmənin modernləşdirilməsinə və bu əsasda, ərzaq təhlükəsizliyinin etibarlı qaydada təmin olunmasına;

- dövlət xidmətlərindən daha səmərəli istifadənin təmin olunmasına və dayanıqlı məşğuılluq imkanlarının yaradılmasına istiqamətlənən tədbirlər müstəvisində olduqca mühüm nəticələr verəcəkdir.

Naxçıvan Muxtar Respublikasında yeni iqtisadi reallıqlar və iqtisadi idarəetmə müstəvisində həyata keçiriləcək tədbirlərin ruhuna, istiqamətinə və dinamikasına yeni nəfəs, dəyər və görkəm qazandıran bu səfər, eyni zamanda, sosial sahənin də sistemli inkişafı üçün dayaqlar gətirmiş, xüsusilə, elm və tədris proseslərinin daha mütərəqqi əsaslarla inkişafına istiqamətlənmişdir. Təbii olaraq, bu sahədə, qalib ölkənin inkişaf edən ali məktəbi olataq, Naxçıvan Dövlət Universitetinin:

- milli iqtisadiyyat və sosial sfera üçün davam etdirlən islahatlardan kifayət qədər yararlanması;

- yeni modern ali təhsil modelinə məqsədyönlü keçidin təmin olunması;

- daha etibarlı ixtisaslaşma mühitinin yaradılması;

- tələbəyünömlü təhsil siytasətinin daha keyfiyyətli davam etdirilməsi;

- stimullaşdırıcı elm və tədris modelinin tətbiq olunması, bunun əsasında, beynəlxalq tədris proseslərinə dolğun əsaslarla inteqrasiya olunması;

- ali məktəbin dövlət xidmətlərinə əlçatanlığının həm təmin olunması, həm də gücləndirilməsi;

- çox müxtəlif milli və beynəlxalq layihələrdə tələbələrin təmsil olunmaları;

- zəruri infrastruktur təsisatlarının yaradılması və s. sahəsində olduqca mühüm əhəmiyyətinə görə seçiləcəkdir.

Olduqca əhəmiyyətlidir ki, 12 avqust 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalandı. Məhz həmin Sərəncamla, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə bir çox tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258,0 (iki yüz əlli səkkiz) milyon manat ayrılması nəzərdə tutulmuşdur ki, burada, görüləcək tədbirlər içərisində Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisinin həyata keçirilməsi aktual hesab olunmuşdur. Bu məqsədlə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 25,0 (iyirmi beş) milyon manat ayrılması tapşırılmışdır. Təbii olaraq, Naxçıvan Dövlət Universitetinin bu sahədə infrastruktur təminatının gücləndirilməsi mühüm bir hadisə olacaqdır. Çünki, Naxçıvan Dövlət Universitetinin qarşıdakı illər ərzində qəbul planlarının şaxələndirilməsi, yeni ixtisasların açılması və digər mühüm layihələr, prioritetlər və hədəfləri vardır və bunlar, məhz dövlətin gündəlik diqqətinə xas olaraq təmin olunacaqdır. Naxçıvan Dövlət Universitetində rektor Elbrus İsayevin yaradıcı və məhsuldar rəhbərliyi ilə bütövlükdə, 12 mindən artıq tələbənin ixtisaslaşması həyata keçirilir. Əsas prioritet ondan ibarətdir ki, 2030-cu ilə qədər bu rəqəmin 20000 tələbə olması hədəflənib. Hazırda, 12000 tələbənin 25 faizi ölkəmizin digər bölgələrindən olan, 20 faizi isə dünyanın 20 ölkəsindən olan tələbələrdən ibarət olmaqdadır. Məhz tələbə kontigentinin artan dinamikasının yaradacağı təlabatı nəzərə almaqla, tələbələr üçün 1000 yerlik yeni yataqxana kompleksinin tikintisinin həyata keçirilməsi olduqca mühüm göstərici olacaqdır.

Xalqımızın ümummili lideri Heydər Əliyevin həmişəyaşar ideyaları ölkəmizdə Naxçıvan Muxtar Respublikasına qayğı və diqqətin göstərilməsi və bu sahədə, blokadanın təhdidlərinin minimuma endirilməsi sahəsində məqsədyönlü tədbirlər məcmusunu özündə birləşdirir. Məhz bu əsasda da, Naxçıvan Muxtar Respublikasında elmin, təhsilin, ixtisaslaşma mühitinin sarsılmaz dayaqlarını yaratmışdır. Məhz dövlət başçısının 5 iyun 2023-cü il tarixdə təsdiq etmiş olduğu 3910 №-li Sərəncamla “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. Həmin tarixi hüquqi sənədin 4.1.9. Prioritet 9. İnsan kapitalının inkişafı adlanır və və burada da, Naxçıvan Dövlət Universitetinin mövcud inkişaf prosesləri, gələcək perspektivləri və burada ixtisaslaşma mühitinin etibarlılığı diqqət mərkəzində olmuşdur.

Həmin tarixi sənəddə, Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində təhsilverənlərin peşəkarlıq səviyyəsinin davamlı olaraq yüksəldilməsini təmin edən innovativ texnologiyalara əsaslanan ixtisasartırma təlimlərinin təşkil olunması, istedadlı uşaqlar üçün liseylərin və təmayülləşmənin əhatə dairəsi genişləndirilməsi, təhsil müəssisələrində elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) əsaslı tədrisin tətbiqi həyata keçirilməsi, Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsinin icra olunması nəzərdə tutulmuş və reallaşmışdır.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında ali təhsilin keyfiyyətinin artırılması məqsədilə Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndirilməsi, birgə proqramların təşkil olunması, həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələrin həyata keçirilməsi zəruri hesab olunmuş və təmin olunmuşdur.

Məhz bu əsasda da, Dövlət Başçımızın müvafiq Sərəncamı da, Naxçıvan Dövlət Universiteyinə gündəlik dövlət diqqətinin olduqca mühüm tərkib hissəsisidir, burada görülən işlərə növbəti dəstəyin ifadəsidir və daha mütərəqqi perspektivlərin açılmasına zəmin yaradır.

Cavadxan QASIMOV

Naxçıvan Dövlət Universitetinin dosenti, İqtisad üzrə fəlsəfə doktoru