Naxçıvanda 5 yeni məktəbəqədər təhsil müəssisəsi tikiləcək

Naxçıvanda 5 yeni məktəbəqədər təhsil müəssisəsi tikiləcək

12 Avqust 2026

Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil infrastrukturu genişləndiriləcək.

“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ümumilikdə 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinə 20 milyon manat vəsait ayrılıb.

Yeni bağçaların Naxçıvan şəhərinin Bulqan kəndində, Ordubad rayonunun Dəstə kəndində, Şərur şəhərində, Culfa rayonunun Əbrəqunus kəndində və Kəngərli rayonunun Qarabağlar kəndində inşa edilməsi nəzərdə tutulur.

Müəssisələrdən hər birinin tutumu müvafiq olaraq 100, 100, 100, 240 və 100 yer olacaq.