Naxçıvan şahmatçısı beynəlxalq turnirdə qalib olub

Naxçıvan şahmatçısı beynəlxalq turnirdə qalib olub

27 Avqust 2026

Naxçıvan şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi, ustalığa namizəd Mirsaleh Seyidli beynəlxalq şahmat turnirində uğur qazanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 17–23 avqust 2026-cı il tarixlərində Türkiyənin Kapadokya şəhərində keçirilən II Beynəlxalq Kapadokya Açıq Şahmat Turnirində 24 ölkədən 924 şahmatçı mübarizə aparıb.

Yarışda yüksək nəticə göstərən Mirsaleh Seyidli “B” qrupunun qalibi olub.

Bu nəticə Naxçıvan şahmat məktəbinin yetirmələrinin beynəlxalq yarışlarda qazandığı növbəti uğur kimi qiymətləndirilir.