Azərbaycanda 8 ayda vergi daxilolmaları 13 milyard manata yaxın olub

Azərbaycanda 8 ayda vergi daxilolmaları 13 milyard manata yaxın olub

04 Sentyabr 2026

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard 619,1 milyon manat vergi daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 %, proqnozdan isə 7,7 % çoxdur.

8 aylıq vergi daxilolmalarının 9 milyard 468,7 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 12,3 %, proqnozdan isə 3,1 % çoxdur.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.