Naxçıvanda “Panorama Residence” və “Ümid Park” layihələrinin təqdimatı keçirilib - FOTO
Sentyabrın 1-də Naxçıvanda “Cahan İnşaat” MMC-nin yeni yaşayış layihələri – “Panorama Residence” və “Ümid Park”ın təqdimat mərasimi keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə layihələrin konsepsiyası, müasir memarlıq həlləri, eləcə də gələcək sakinlərin rahatlığı üçün nəzərdə tutulan imkanlar barədə məlumat verilib.
Bildirilib ki, hər iki layihə Naxçıvanda müasir yaşayış mühitinin formalaşdırılması və şəhərin inkişafına töhfə verilməsi məqsədi daşıyır.
Təqdimat mərasimində Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov, həmçinin digər dövlət rəsmiləri iştirak ediblər.
Tədbirdə tərəfdaş bankların rəhbər şəxsləri, ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev və “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədri Səlcuq Dəmir də iştirak ediblər.
Mərasimdə, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri və Cahan Şirkətlər Qrupunun təsisçisi Vüqar Abbasov iştirak edib.
















