Şahbuzda ağır qəza: 3 nəfər ölüb, 9 nəfər yaralanıb

Şahbuzda ağır qəza: 3 nəfər ölüb, 9 nəfər yaralanıb

04 Sentyabr 2026

Şahbuz rayonunun Gömür kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, dağlıq ərazidə hərəkətdə olan 68-BE-050 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobil aşıb.

Qəza nəticəsində Şərur rayonunun Oğlanqala kənd sakinləri – 1975-ci il təvəllüdlü Abdullayev Nazim Əyyub oğlu, onun qızı, 2017-ci il təvəllüdlü Abdullayeva Firuzə Nazim qızı və 2006-cı il təvəllüdlü Şıxəliyev Pərvin Vüsal oğlu həyatını itirib.

Hadisə zamanı 2025-ci il təvəllüdlü Şıxəliyeva Validə Elvin qızı, 2025-ci il təvəllüdlü Abdullayev Rəhman Sərraf oğlu, 2004-cü il təvəllüdlü İsmayılova Nəzrin Nazim qızı, 2025-ci il təvəllüdlü İsmayılov Uğur İslam oğlu, 1985-ci il təvəllüdlü Abdullayev Sərraf Rəhim oğlu, 2010-cu il təvəllüdlü Abdullayeva Ceyran Sərraf qızı, 2016-cı il təvəllüdlü Şıxəliyeva Fatimə Vüsal qızı, 1983-cü il təvəllüdlü Abdullayeva Vüsalə İsax qızı və 2014-cü il təvəllüdlü Şıxəliyev Gündüz Elvin oğlu xəsarət alıblar.

Xəsarət alanlar və ölən şəxslər polis əməkdaşlarının köməyi ilə qəza zonasından çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.