Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

30 Avqust 2026

Şimali Kipr sahillərində batan bərənin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu AZƏRTAC-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu açıqlayıb.

"Hər ikisi xilas edilib", - o bildirilib.

Azərbaycan vətəndaşları ilkin tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıblar: "Onların sağlamlıqları üçün təhlükə yoxdur".

Xatırladaq ki, Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib