Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailələrini ziyarət edib

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailələrini ziyarət edib

30 Avqust 2026

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev və icra hakimiyyətinin əməkdaşları torpaqlarımızın azadlığı və Azərbaycanın suverenliyi uğrunda şəhidlik zirvəsinə yüksələn Hüseynov Raqib Adil oğlu və Quliyev Vəli Vəli oğlunun ailələrini ziyarət ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ziyarət zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, onların Vətən qarşısında göstərdikləri qəhrəmanlıqdan söz açılıb. Şəhid ailələrinin sosial vəziyyəti və onları narahat edən məsələlərlə maraqlanılıb, müraciətləri dinlənilib.

Bildirilib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək, onların müraciətlərinin həlli istiqamətində zəruri tədbirlər görüləcək.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

Qeyd edək ki, şəhid ailələrinin ziyarəti bundan sonra da davam etdiriləcəkdir.