Ötən il 18 yaşadək 117 gəncin nikahı rəsmi qeydə alınıb

Ötən il 18 yaşadək 117 gəncin nikahı rəsmi qeydə alınıb

29 Avqust 2026

Ötən il nikahları rəsmi qeydə alınmış 18 yaşadək oğlan və qızların sayı 117 olub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə "Azərbaycanda uşaqlar" adlı statistik məcmuədə bildirilib.

Qeyd edilib ki, nikahı qeydə alınan qızların sayı 116, oğlanların sayı isə 1 olub. Bu rəqəmlər 2024-cü ildə isə 185-in 0-a nisbətdə olub.

Nikahların ümumi sayı isə 2025-ci ildə 48 546, 2024-cü ildə isə 49 508 olub.

Xatırladaq ki, Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunur.