Naxçıvanda piyadanı avtomobil vurub
Naxçıvan şəhərində piyadanın avtomobil vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Belə ki, yolu qarşı tərəfə keçən Naxçıvan şəhər sakini, 1985-ci il təvəllüdlü Quliyev Loğman Qələndər oğlunu avtomobil vurub.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.








