Naxçıvanlı gənc Qarabağ Regional DOST Mərkəzinin direktor müavini təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyində yeni kadr təyinatı olub.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin əldə etdiyi məlumata görə, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Yavər Abbasov Qarabağ Regional DOST Mərkəzinin direktor müavini təyin edilib.
Qeyd edək ki, Yavər Abbasov 1991-ci ildə Şərur rayonunda anadan olub. Naxçıvan Dövlət Universitetinin “Sosial iş” ixtisasını bitirib. Əmək fəaliyyətinə 2016-cı ildə Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində aparıcı vəzifəsi ilə başlayıb.
2018-2024-cü illərdə Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildən Muxtar Respublikanın Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib.
2025-ci ilin oktyabr ayından 2026-cı ilin may ayına qədər Naxçıvan Regional DOST Mərkəzinin direktoru olub. Bu ilin avqustuna qədər isə 1 saylı Bakı DOST Mərkəzində direktor müavini vəzifəsində çalışıb.








