Şöbə müdiri: Naxçıvanda 7 ayda 6978 daşınmaz əmlak üzərində hüquq qeydiyyata alınıb
2026-cı ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında daşınmaz əmlakın dövlət qeydiyyatı istiqamətində işlər davam etdirilib.
“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Daşınmaz Əmlakın Dövlət Reyestri şöbəsinin müdiri Qasım Cabbarov “NAXÇIVANXƏBƏRLƏRİ”-nə bildirib ki, hesabat dövründə daşınmaz əmlakla bağlı 13 270 ərizə qəbul olunub.
Onun sözlərinə görə, 7 ay ərzində 6978 daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1110 ədəd və ya 19 faiz çoxdur.
Qasım Cabbarov qeyd edib ki, qeydiyyata alınan hüquqların 1556-sı ilkin, 5422-si isə təkrar qeydiyyata aid olub. Həmçinin 5202 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb, 446 ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb.
Şöbə müdiri bildirib ki, daşınmaz əmlakın təkrar qeydiyyatı və dövlət reyestrindən arayışların verilməsi ilə bağlı elektron xidmətlərdən 7 ay ərzində ümumilikdə 7869 müraciət daxil olub və icra edilib.
Onun sözlərinə görə, hesabat dövründə 4454 məhdudiyyət və yüklülük, 3345 vətəndaşın adına daşınmaz əmlakın olub-olmaması və 129 ünvana dair arayış verilib. Eyni zamanda, 787 daşınmaz əmlak obyektinə yeni ünvan təyin olunub.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








