NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub
Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası 2026-cı il “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, NDU komandasının “Enactus” üzrə 6-cı çempionluğudur.
Yarışda uğur qazanan komanda növbəti mərhələdə Azərbaycanı “Enactus World Cup 2026”-da təmsil edəcək. Dünya Kuboku bu il Braziliyada keçiriləcək.
NDU-nun “Enactus” komandası tələbələrin innovativ ideyalarının dəstəklənməsi, layihələrin reallaşdırılması və beynəlxalq təcrübənin təşviqi istiqamətində yaradılan imkanlardan yararlanaraq növbəti böyük uğura imza atıb.









