Qol güləşi üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib -

Qol güləşi üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib - FOTO

28 Avqust 2026

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər arasında qol güləşi üzrə muxtar respublika birinciliyi təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yarış “Zərərli vərdişlərə yox  deyək, həmişə sağlam olaq!” devizi altında İlham Əliyev adına Olimpiya İdman kompleksində 27 idmançının iştirakı ilə reallaşıb.

Yarışın nəticələrinə əsasən Polad Allahverdiyev (55 kq), Rəvan Abbaslı (63 kq),  Fəzli Əliyev (70 kq),  Əli Kərimli (78kq), İsfəndiyar Məhərrəmli (86 kq), Turan Oruclu (95 kq), və Mətin Oruclu (95+kq) qalib olub.

Yarışda fərqlənən idmançılar diplom və medallarla mükafatlandırılıblar. Bundan başqa yarışın hakimləri nazirliyin fəxri fərmanları ilə təltif olunmuşlar. Birinciliyin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı mübarizə və qol güləşi idman növünə marağın artırılması olub.