Babək rayonunda iki avtomobil toqquşub
Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə Naxçıvan–Şahbuz magistralının rayonun Cəhri qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “Tofaş” və “AzSamand” markalı avtomobillərin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Allahverdiyeva Samirə Yəhya qızı və 2009-cu il təvəllüdlü Musayev Ümid Səbuhi oğlu xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.










