Laçında inşa edilən 2 KSES-də istehsal olunan enerjinin həcmi məlum olub

Laçında inşa edilən 2 KSES-də istehsal olunan enerjinin həcmi məlum olub

30 Avqust 2026

Fəaliyyətə başladığı tarixdən bu ilin iyul ayınadək Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən "Mişni" kiçik su elektrik stansiyasında (KSES) 64,3 milyon kVt/saat, "Alxaslı" KSES-də isə 42,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Energetika Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, 25 avqust 2023-cü il tarixində Laçında Hoçaz çayı üzərində 8,25 MVt gücündə "Mişni" və 6 MVt gücündə "Alxaslı" KSES istismara verilib.