Şahbuzda avtomobil piyadanı vurub

Şahbuzda avtomobil piyadanı vurub

31 Avqust 2026

Şahbuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ"  məlumat verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, avtomobil yolu qarşı tərəfə keçən 2011-ci il təvəllüdlü Gülnar Qurbanovanı vurub.

Nəticədə xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.