Azərbaycan idmançıları kapoeyra üzrə beynəlxalq turnirdə altı medal qazanıblar

Azərbaycan idmançıları kapoeyra üzrə beynəlxalq turnirdə altı medal qazanıblar

31 Avqust 2026

Türkiyənin Samsun şəhərində keçirilən kapoeyra üzrə beynəlxalq turnirdə Azərbaycan idmançıları 4 qızıl, 2 gümüş medal qazanıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Fərid Səlimov, Şamxal Hüseynov, Raul Hüseynov və Bəhlul Nadirov qızıl, Davud Əli və Sübhan Rəhimzadə isə gümüş mükafata sahib çıxıblar.