Naxçıvanlı şahmatçılar beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər - FOTO
Türkiyənin Malatya şəhərində 24-29 avqust tarixlərində keçirilən 9-cu Beynəlxalq “Altın Kayası” Şahmat Turnirinə yekun vurulub. 17 ölkədən 625 idmançının qatıldığı turnirdə Naxçıvan şahmatçıları da uğurla çıxış ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yarışın A kateqoriyasında Məmmədov Sadiq, Seyidli Mirsaleh və Əzimov Yasin, B kateqoriyasında isə Qənbərli Hüseyn və Qənbərli Nigar Naxçıvanı təmsil ediblər.
Yekun nəticələrə əsasən, A kateqoriyasında Əzimov Yasin 6,5 xalla 4-cü, Məmmədov Sadiq isə 6 xalla 7-ci yeri tutaraq mükafatçılar sırasında yer alıblar.
B kateqoriyasında mübarizə aparan Qənbərli Hüseyn isə 7,5 xal toplayaraq turnirin qalibi olub. Şahmatçımız həmçinin 0-1549 reytinq intervalında bütün rəqiblərini geridə qoyaraq 1-ci yerə layiq görülüb və əlavə mükafat qazanıb.










