Yetkinlik yaşına çatmayan cəzadan azad edilə bilərmi?

Yetkinlik yaşına çatmayan cəzadan azad edilə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

04 Sentyabr 2026

Sual: Yetkinlik yaşına çatmayan cəzadan azad edilə bilərmi?

Cavab: Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum edilmiş yetkinlik yaşına çatmayan Cinayət Məcəlləsinin 87.2-ci (nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra hakimiyyəti orqanının ( yerli icra hakimiyyəti orqanları) üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir.) maddəsində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər.

Sual Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Elməddin Bağırov  tərəfindən cavablandırılıb.