Bron və ya ehtiyatda saxlama haqqı hansı təyinata istifadə oluna bilər?

Bron və ya ehtiyatda saxlama haqqı hansı təyinata istifadə oluna bilər? - HÜQUQ MƏSLƏHƏTİ

04 Sentyabr 2026

Sual: Kirayədə marağı olan hər hansı şəxsin gələcəkdə kirayə müqaviləsi bağlanması məqsədilə daşınmaz əmlakla əqdlər üzrə maklerə  ödədiyi haqq (bron və ya ehtiyatda saxlama haqqı) hansı təyinata istifadə oluna bilər?

Cavab:  Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən kirayədə marağı olan hər hansı şəxsin gələcəkdə kirayə müqaviləsi bağlanması məqsədilə ödədiyi haqq (bron və ya ehtiyatda saxlama haqqı) əgər kirayəyə verənə, onun müavinlərinə və ya vasitəçilərinə ödənilmişdirsə, kirayə müqaviləsinin bağlandığı zaman əmlak kirayəsi haqqının hesabına daxil edilir. Əgər vasitəçi daşınmaz əmlakla əqdlər üzrə maklerdirsə, bron haqqı əvvəlcə maklerin dövlət tarifləri əsasında hesablanan muzdunun hesabına gedir və yalnız qalan hissə əmlak kirayəsi haqqının hesabına daxil edilir.

Sual Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Rəmzi Həsənov  tərəfindən cavablandırılıb.