Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə yaranacaq

Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə yaranacaq

05 Sentyabr 2026

Sentyabrın 7-də günün ikinci yarısından etibarən Naxçıvan şəhərində su təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata görə, diametri 160 mm olan magistral su xəttindən “MİDA” MMC-nin inşa etdiyi yaşayış kompleksinə birləşmə verilməsi həyata keçiriləcək.

Bununla əlaqədar şəhərin Babək məhəllələri ilə Əliqulu Qəmküsar küçəsinin kəsişməsində suyun verilişində gün ərzində fasilə yaranması gözlənilir.

İşlər başa çatdıqdan sonra su təchizatının əvvəlki rejim üzrə bərpa olunacağı bildirilib.

Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istənilir.

📞 “545-01-93” Çağrı Mərkəzi – 7/24

📞 “955” Çağrı Mərkəzi – 7/24