Naxçıvan şəhərində S.Vurğun küçəsi əsaslı təmir olunur - FOTO
Naxçıvan şəhərində yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, şəhərin S.Vurğun, N.Naxçıvani, M.H.Şəhriyar, H.Rəhmanov küçələri və 58–61-ci məhəllələr istiqamətini əhatə edən yol sahəsində əsaslı təmir işlərinə başlanılıb.
Ümumi uzunluğu 17,5 kilometr olan istiqamətdə aparılan təmir işləri çərçivəsində yol örtüyünün yenilənməsi və ərazidə hərəkətin daha rahat və təhlükəsiz təşkili nəzərdə tutulur.










