Naxçıvan Qaziləri İctimai Birliyinin ümumi yığıncağı keçiriləcək

Naxçıvan Qaziləri İctimai Birliyinin ümumi yığıncağı keçiriləcək

05 Sentyabr 2026

ğıncaq sentyabrın 20-də saat 11:00-da Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin iclas zalında baş tutacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ümumi yığıncaqda nirliyin fəaliyyətinə dair hesabatın dinlənilməsi və müzakirəsi, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, idarəetmə orqanlarının fəaliyyətinin müzakirəsi nəzərdə tutulur.

Həmçinin yığıncaqda Birliyin sədrinin, sədr müavinlərinin və digər rəhbər orqan üzvlərinin seçilməsi, Nizamnamədən irəli gələn təşkilati məsələlərin müzakirəsi, qazilərin hüquq və sosial məsələləri ilə bağlı təkliflərin dinlənilməsi planlaşdırılır.

Gündəliyə, həmçinin Birliyin fəaliyyətinin təkmilləşdirilməsi, üzvlərin hüquq və maraqlarının müdafiəsi istiqamətində qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və digər məsələlər daxildir.

Birliyin bütün üzvlərinin Ümumi Yığıncaqda iştirak etmələri xahiş olunur.

Tarix: 20 sentyabr 2026-cı il

Saat: 11:00

Ünvan: Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin iclas zalı 

Əlaqə:051 488 85 03