Fərid Bağırzadə Babək rayonunda vətəndaşları qəbul edəcək

Fərid Bağırzadə Babək rayonunda vətəndaşları qəbul edəcək

02 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə sentyabrın 7-də Babək rayonunda vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 2-4 sentyabr tarixlərində Nazirliyə rəsmi şəkildə (aasmn.nmr@sosial.gov.az elektron ünvanı vasitəsilə) müraciət edərək, qeydiyyata yazıla bilərlər.

Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək.